"Bavariya" futbolçusu Lukas Hernandes üçün PSJ-nin təklifini gözləyir.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi önümüzdəki günlərdə Paris klubunun fransalı cinah müdafiəçisi üçün təklif yollamasını gözləyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbəyə görə, "Bavariya" müqaviləsi 2024-cü ilin yayında başa çatacaq Lukasla sözləşmənin uzadılması ilə bağlı razılıq əldə edə bilməsə, futbolçunun azad agent kimi klubu tərk etməməsi üçün yay "transfer pəncərəsi"ndə satacaq.
Fəqan İbrahimli