Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü Dmitri Nazarov 7 ildir çıxış etdiyi "Erzgebirge" klubundan ayrılır. 

Offsideplus.az xəbər verir ki, bu barədə "TAG24" nəşri məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi  iyunun 30-da başa çatacaq müqaviləsinin yenilənməyəcəyini açıqlayıb. 

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Erzgebirge”nin formasını geyinir.