“Frayburq”un yarımmüdafiəçisi Mixael Qreqoriç Avropa Liqasının qrup mərhələsindəki qarşılaşacaqları rəqibləri dəyərləndirib.
Offsideplus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, avstriyalı futbolçu “Olimpiakos” (Yunanıstan), "Qarabağ" və “Nant”la (Fransa) eyni qrupa düşməkləri ilə bağlı danışıb:
“Bizə üç əla rəqib düşüb. Üç əla səfərimiz olacaq. Bu rəqiblərlə oyunları səbirsizliklə gözləyirəm. Əsas istəyimiz odur ki, daha da inkişaf edək. “Şturm Qrats”la eyni qrupda yer almağı istəyirdim. Bu komanda ilə rəqib kimi vətənimdə oynasaydıq, daha xoşbəxt olardım. Lakin təəssüf ki, püşk zamanı “Şturm Qrats"ın 4-cü səbətdən adı "Nant"dan daha əvvəl çıxdı”.
Qeyd edək ki, "Qarabağ" Avroliqanın qrupunda ilk oyununu sentyabrın 8-i səfərdə "Frayburq"a qarşı keçirəcək.