Münhen "Bavariya"sının futbolçuları Camal Musiala və Sven Ulrayx zədələnib.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi və 33 yaşlı qapıçının ötən gün komandanın məşqi zamanı sıradan çıxdığı məlum olub. Musialanın sağ ayaq biləyinin, Ulrayxın isə sağ dizinin daxili bağlarının xəsarət aldığı bildirilib.
Onların yaşıl meydanlara nə vaxt qayıdacağı isə bəlli deyil.