"Verder" klubu baş məşqçisi Florian Kofeldti qovub.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. Buna komandanın uğursuz nəticələri səbəb olub.
Bundesliqa təmsilçisini "Borussiya" (Mönhenqladbax) ilə son matça Tomas Şaaf çıxaracaq.
Qeyd edək ki, 33 oyundan sonra 31 xal toplayan "Verder" Bundesliqada 16-cı pillədə qərarlaşıb.