"Bavariya" klubu daha 2 futbolçusu ilə müqavilə yeniləyib.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi Aryen Robben və Rafinya ilə anlaşmanın müddətini daha bir il uzadıb. Onlar qarşıdakı mövsümdə də alman klubunun şərəfini qoruyacaqlar.
Qeyd edək ki, Robben 2009, Rafinya isə 2011-ci ildən "Bavariya"da çıxış edir.