"Bavariya"nın prezidenti Karl-Heynz Rummenigge qəti şəkildə bildirib ki, Avropa Super Liqası başa çatıb.

Offsideplus.az xəbər verir ki, Münhen klubu rəsmisi bu barədə "Bild am Sonntag" nəşrinə açıqlama verib. O, daha öncə bu məsələ ilə bağlı məlumatının olmadığını deyib:

"Bir şeydən xəbərim olsaydı, Dortmund və Parisdəki dostalarıma xəbər verib, qarşısını almağa çalışardım".

Rummenigge Florentino Perez və Andre Anyellinin layihəni davam etdirəcəyi məsələsi barədə açıqlama verib: "Avropa Super Liqası tam olaraq bitdi. Bu sirkə şahid olmağımızın yeganə müsbət cəhəti, bəzi biznesmenlərə futbolun biznesdən üstün olduğunu başa saldı".