"Bavariya"nın baş məşqçisi Hans-Dilter Flik komandanı tərk edə bilər.
Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis klubdakı vəziyyətdən narazıdır. Belə ki, Flikin idman direktoru Hasan Salihhamidziçlə münasibətlərinin yaxşı olmadığı bildirilir. Onların kadr və transfer məsələlərində ayrı fikirlərə sahib olduqları qeyd olunur.
Xatırladaq ki, Flik 2019-cu ildən Münhen təmsilçisinin sükanı arxasındadır.