"Monako" "Bavariya"nın futbolçusuna "elçi düşüb".
Offsideplus.az "Kicker"ə istinadla xəbər verir ki, Fransa təmsilçisi Aleksandr Nübeli heyətinə qatmaqda israrlıdır. Monakolular bununla bağlı yaya qədər almanlara rəsmi təklif göndərəcək. "Bavariya" Manuel Noyerin kölgəsində qalan qapıçını icarəyə verməyə qarşı deyil.
Qeyd edək ki, 24 yaşlı qapıçı ötən yay azad agent statusu ilə "Şalke"dən "Bavariya"ya keçmişdi. O, cari mövsümdə Almaniya çempionunun heyətində 2 oyunda meydana çıxaraq 1 qol buraxıb.