"Bavariya" "Napoli"nin oyunçusu Kalidu Kulibali üçün rəsmi təklif göndərib.

Offsideplus.az "Tuttomercato"ya istinadən xəbər verir ki, Münhen təmsilçisi 29 yaşlı müdafiəçi üçün 39 milyon funt sterlinq təklif edib. Seneqallı futbolçu razılığa gələrsə, gələn mövümdən etibarən Bundesliqada çıxış edəcək.

Qeyd edək ki, "Bavariya" "Leyptsiq"li müdafiəşi Dayot Upamekano ilə razılığa gəlib. 22 yaşlı fransız iyul ayında "Münhenlilər"ə qoşulacaq.