Almaniya Bundesliqasının 20-ci turu çərçivəsində bu gün keçirilməli olan “Arminiya” - “Verder” oyunu təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, həmin qarşılaşmanın əlverişsiz hava şəraiti ilə əlaqədar başqa tarixdə keçiriləcəyi bildirilir.
Oyunun yeni tarixi ilə bağlı qərarın qısa zamanda açıqlanacağı bildirilib.
Qeyd edək ki, “Arminiya” - “Verder” matçına bu gün saat 21:00-da start verilməli idi.