Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland Almaniya Bundesliqasında noyabrın ən yaxşı oyunçusu elan olunub.

Offsideplus.az turnirin saytına istinadən xəbər verir ki, 20 yaşlı norveçli forvard noyabrda 3 Bundesliqa matçında iştirak edib və 5 qolla yadda qalıb.
Qeyd edək ki, Haland bu mövsüm Bundesliqada keçirdiyi 8 oyunda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.