"Borussiya Dortmund"un yüksələn ulduz futbolçusu Erlinq Haland zədələnib.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı hücumçu dizindən zədələndiyinə görə "Latsio" ilə oyunda əsas heyətə salınmayıb. Bu barədə "Dortmund"un rəsmi səhifəsindən açıqlama gəlib. Oyunçunun yaşıl meydanlardan uzaq qalacağı müddət qeyd olunmasa da, Alman mətbuatı zədənin yanvara qədər çəkəcəyini bildirib.

Qeyd edək ki, Erlinq Haland bu mövsüm çıxdığı 14 oyunda 17 qol və 3 ötürmə edərək möhtəşəm performans sərgiləmişdi.