"Dortmund"un gənc ulduzu Erlinq Haland yeni rekord müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, norveçli hücumçu Bundesliqada keçirtdiyi 21 oyunda 22 qol vurub. 20 yaşlı ulduz bu göstəriciyə  ən sürətli nail olan oyunçu kimi Almaniya futbolunun tarixinə düşüb.

Qeyd edək ki, Haland ötən gün "Herta" ilə matçda 38 dəqiqə içində 4 qol vurmuşdu.