Almaniya çempionatında 8-ci turun oyunları keçirilir.
"Bavariya" "Verder"lə oyunda hesabı açsa da, bremenlilər bərabərlik qolunu vurmağı bacarıb - 1:1.
Offsideplus.az xəbər verir ki, qeydə alınan heç-heçə münhenlilərin əhvalını əməlli-başlı korlayıb. Onlar 2 xal itkisinə görə yox, daha çox 10 oyunluq seriyanın qırılmasına görə təəssüflənir. Belə ki, "Bavariya" bütün yarışlar daxil son 10 qarşılaşmada xal itkisinin nə olduğunu bilmirdi. Bununla da uğurlu seriya qırılıb.