"Bavariya" klubu İvan Perişiçi qalıcı olaraq transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "Bayern Münhen" klubu heyətində icarə əsasında çıxış edən İvan Perişiçi birbaşa transfer etmək üçün danışıqlar aparır.

Xorvatiyalı oyunçu 2019/20 mövsümündə "İnter"dən "Bavariya"ya icarə əsasında keçmişdi və komandanın baş məşqçisi Hansi Flik Perişiçi yenidən heyətində görmək istəyir.

Qeyd edək ki, ötən mövsüm 35 matça çıxan İvan Perişiç 8 qol vurmuşdu.