Futbol üzrə Almaniya Kubokunda 2020/2021 mövsümünün 1/32 final mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" klubu ilkin mərhələdə regional liqa klubu "Vürttemberq"lə qarşılaşacaq. Bu mərhələdə diqqət çəkən digər qarşılaşma isə Rur derbisi olacaq. Püşk Dortmund "Borussiya"sı ilə "Duysburq"u üz-üzə qoyub.
Qeyd edək ki, 1/32 finalın oyunları 11 - 14 sentyabrda keçiriləcək.