Futbol üzrə Almaniya 1-ci və 2-ci Bundesliqasında 2019/20 mövsümünə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, elitanı tərk edən və əsas Bundesliqaya yüksələn komandalar müəyyənləşib.
20 xala malik “Paderborn” və 30 xalla 17-ci olan Düsseldorf “Fortuna”sı əsas Bundesliqanı tərk edib. Bu iki komandanı elitada 2-ci Bundesliqanın qalibi “Arminiya” və ikinci yeri tutan “Ştutqart” əvəz edəcək. Əsas Bundesliqada 16-cı olan “Verder” isə 2-ci Bundesliqada 3-cü pilləni tutan “Haydenhaym” ilə pley-off oyununda qüvvəsini sınayacaq. Qalib gələn tərəf növbəti mövsümdə əsas Bundesliqada mübarizə aparacaqsa, məğlub olan 2-ci Bundesliqanın iştirakçısı olacaq.