"Leypsiq"in hücumçusu Timo Verner karyerasını Madrid "Real”ında davam etdirə bilər.
Offsideplus.az “El Desmarque” nəşrinə istinadən xəbər verir ki, yayda “Real” "Leypsiq"ə futbolçuya görə 80 milyon avro ödəməyə hazır olacaq. Alman futbolçunun transferi qiymətinin yüksək olması onun ötən yayda öz klubu ilə yeni müqavilə imzalamasına görədir. Onun klubla müqaviləsi 2023-cü il ilin yayına qədər nəzərdə tutulub.
Cari mövsümdə Verner "RB Leypsiq"in heyətində 25 matçda iştirak edib.