Bundesliqanın 23-cü turu çərçivəsində keçirilən "Bavariya"-"Ayntraxt" oyunu Münhen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, matçın 50-ci dəqiqəsində "Bavariya"nın futbolçusu Alfonso Devis zədə səbəbindən meydanı tərk etməli olub.
Klubun yaydığı məlumata görə, müdafiəçinin zədəsi ciddidir. 25 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Devisin “Bavariya” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.



