Azərbaycan Basketbol Liqasında bu gün XII tur start götürəcək.
Offsideplus.az xəbər verir ki, turun ilk oyun günündə B qrupunda iki qarşılaşma baş tutacaq.
Saat 15:00-da "Quba" "Ordu" ilə üz-üzə gələcək.
Qarşılaşma Quba Olimpiya İdman Kompleksində keçiriləcək.
Saat 20:00-da isə "Sərhədçi" "Lənkəran" qarşılaşması baş tutacaq. Bu matç "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.
Qeyd edək ki, XII tura yanvarın 11-də yekun vurulacaq.



