Lebron Ceyms NBA-də 1015-ci qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, o, Los Angeles Lakers'ın Philadelphia 76-ers'ı məğlub etdiyi oyunda (112:108) bu rəqəmə çatıb.

O, NBA tarixində Robert Perişi ikinci sıraya yüksəlib.

İlk sırada 1074 qələbə ilə Kərim Abdul Cabbar var.

Qeyd edək ki, L. Ceyms 2003-cü ildən NBA-də çıxış edir. O, müntəzəm mövsümdə 1568 oyuna çıxıb.