Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 yığması Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq turnirdə ikinci oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, qızlar bu dəfə də qələbə qazanıb. Onlar Qazaxıstandan güclü olub - 74:60.
Qeyd edək ki, U-16 turnirdəki ilk matçında Belarusu 65:61 hesabı ilə məğlub etmişdi



