Azərbaycan Basketbol Liqasının III turunda bu gün növbəti görüşlər baş tutub.
Offsideplus.az xəbər verir ki,14:30-da “Sabah"- Şəki" qarşılaşması start götürüb. Bu qarşılaşmada "bayquşlar" 85:66 hesablı qələbə qazanıb.
Saat 16:30-da isə "Sumqayıt" "Quba" ilə qarşılaşıb və 88:98 hesabı ilə uduzub.
Hər iki oyun Bakı İdman Sarayında baş tutub.
Qeyd edək ki, turun geridə qalan matçlarında "Naxçıvan" "Lənkəran" (91:82), "Ordu" isə "Sərhədçi" (85:73) üzərində qələbə qazanıb.



