“Sərhədçi” heyətinə yeni basketbolçu cəlb edib.
Offsideplus.az xəbər verir ki, məlumatı paytaxt təmsilçisinin mətbuat xidməti yayıb.
Bakı klubu ABŞ-dan olan Ceymond Vinsentlə anlaşıb. Onunla mövsümün sonun qədər müqavilə imzalanıb.
22 yaşlı oyunçunun son klubu “New Orleans Privateers” olub.


