"Şəki" basketbol klubu baş məşqçi Bedri Meriçlə müqaviləni uzadıb.
Offsideplus.az xəbər verir ki, türkiyəli mütəxəssis daha bir mövsüm bölgə klubunu çalışdıracaq.
Bu barədə onların mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Şəki" ötən mövsüm Azərbaycan Basketbol Liqasında üçüncü yeri tutub.



