"Fənərbağça Beko" Vasiliye Mitsiçi heyətinə qatmağa yaxındır.

Offsideplus.az xəbər verir ki, serbiyalı oyun qurucunun Avropaya dönüşü üçün son danışıqlar gedir.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Mitsiç 2 mövsümdür NBA-də çıxış edir. O, daha öncə 5 il "Anadolu Efes"in formasını geyinib.

Serbiyalı İstanbul klubu ilə 2 dəfə Avroliqanın qalibi olub. O, hər iki çempionluqda MVP seçilib.