NBA-də finalın adı məlum olub.
Offsideplus.az xəbər verir ki, Oklahoma City Thunder'ın finalda rəqibi Indiana Pacers olaraq.
Pacers 6-cı matçda New York Knicks'i 125:108 hesabı ilə məğlub edib. Bununla da onlar seriyadan 4:2 hesabı ilə qalib ayrılıb və finala yüksəlib.
Indiana Pacers sonuncu dəfə 2000-ci ildə Şərq Konfransının çempionu olmağı bacarmışdı. Onlar o zaman finalda Los Angeles Lakers'a məğlub olmuşdu.
Final seriyası iyunun 5-dan 6-na keçən gecə başlayacaq.
Oklahoma City Thunder normal mövsümü lider bitirdiyi üçün ev sahibi üstünlüyü onlarda olacaq.