NBA Konfrans finalları davam edir.

Offsideplus.az xəbər verir ki, Şərq Konfransında New York Knicks və İndiana Pacers arasında 2-ci matç oynanılıb. İndiana bu dəfə də səfərdə rəqibindən güclü olub - 114:109.

Rik Karlaylın yetirmələri evində keçiriləcək növbəti 2 matçı qazanarsa, NBA finalına yüksələcək.

NBA, Konfrans finalı

New York Knicks - İndiana Pacers 109:114 (26:24, 26:25, 29:32, 28:33)

Seriyada hesab: 0-2

-- 4 qələbəni ilk qazanan komanda növbəti mərhələyə yüksələcək.