Basketbol üzrə Avroliqada "dördlər finalı" start götürüb.
Offsideplus.az xəbər verir ki, ilk matçda "Fənərbağça" və "Panatinakos" qarşılaşıb. "Sarı-lacıvərdlilər" görüşün əvvəllərində üstünlüyü ələ alıb və sona qədər rəqibinə keçilməyib.
"Fənərbağça" tarixində 4-cü dəfə Avroliqa finalında oynayacaq. Onlar 2017-ci ildə kuboku qazanmağı bacarıb.
İstanbul klubunun finaldakı rəqibi "Olimpiakos" - "Monako" cütünün qalibi olacaq. Bu matç az sonra start götürəcək.
Həlledici qarşılaşma bazar günü keçiriləcək.