San Antonio Spurs klubunun gürcü basketbolçusu Sandro Mamukelaşvili NBA-da tarixi rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı idmançı ötən gecə New York Knickslə görüşdə (120:105) 19 dəqiqə 27 saniyə ərzində 34 xal yığıb.
O, NBA-da 20 dəqiqədən az vaxtda hamıdan çox xal toplayan basketbolçuya çevrilib.
Bu, həm də Mamukelaşvilinin 1 oyun üçün şəxsi rekordu olub. Basketbolçunun 14 atışından 13-ü səbətə düşüb.
BU DA MARAQLIDIR: