Bu gün Azərbaycan Basketbol Liqasında 19-cu turun son oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, turun ilk və turun maraqla gözlənilən oyunu Şəki Olimpiya İdman Kompleksində baş tutub.

Daha sonra oyunlar Sərhədçi İdman Mərkəzində davam edib. Saat 16:00-da NTD və “Sabah” komandaları üz-üzə gəlib.

Günün son matçında isə saat 19:00-da “Sərhədçi” və “Neftçi” komandaları qarşılaşıb.

19 mart, ABL 19-cu tur

14:00 "Şəki" - "Gəncə" 91:87 (17:22; 21:27;18:15; 8:4)

Şəki OİK

16:00 NTD - "Sabah" 79:105 (20:27; 20:26; 18:25; 21:27)

Sərhədçi İdman Mərkəzi

19:00 “Sərhədçi” - “Neftçi” 70:84 (16:21; 19:22; 12:20; 23:21)

Sərhədçi İdman Mərkəzi