Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının Dünya çempionatı-2027-nin ilkin təsnifat mərhələsinin son turu çərçivəsində İrlandiyaya qarşı keçirəcəyi oyunun hakimləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, FIBA Bakıya 3 hakim göndərir. Bunlar Duhan Köyıcı (Türkiyə), Zdravko Ruteşiç (Monteneqro) və Nemanya Vlahoviçdir (Serbiya).
32 yaşlı türkiyəli hakimlə yanaşı, qardaş ölkənin daha bir təmsilçisi Azərbaycan - İrlandiya görüşündə iş başında olacaq. Belə ki, qarşılaşmanın komissarı funksiyasını Mehmet Keseratar yerinə yetirəcək.
Oyun sabah saat17-də Bakı İdman Sarayında start götürəcək.