Basketbol üzrə Dünya Kubokunda ilkin təsnifat mərhələsinin A qrupunda kişilərdən ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq. 

Offsideplus.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi yığma Bakı vaxtı ilə saat 22:30-da Kosovo ilə qarşılaşacaq. 

A qrupunda İsveçrə 8 xalla birinci, İrlandiya 6 xalla ikinci yerdə qərarlaşıb. 5 xala malik Azərbaycan və Kosovo yığmaları müvafiq olaraq 3 və 4-cü pillədədirlər.

Xatırladaq ki, yığmamızın A qrupunda İrlandiyaya qarşı son matçı fevralın 23-də Bakıda keçiriləcək.