NBA-nın keçmiş basketbolçusu Maykl Bizli bazar ertəsi Kanzasın "Manhetten" aeroportunda saxlanılıb. Offsideplus.az xəbər verir ki, onun üzərindən 6 qram çəkidə marixuana tapılıb. Vaxtilə "Mayami Hit", "Los-Anceles Leykers" klublarında oynamış ulduz basketbolçu pul girovu müqabilində azadlığa buraxılıb.

"Mən nə baş verdiyini tam anlayıram. Bununla belə, bu hadisə məndə narahatlıq yaradır. Bütün fikrimi hadisəni tam aydınlaşdırmağa və düzgün qərar verməyə yönləndirmişəm" - deyə Bizli sosial şəbəkə hesabında yazıb.