THY Avropa Liqasında "Real Madrid" və "Makkabi Playtika Tel-Əviv" üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, "Real Madrid"in öz meydanında "Makkabi"ni 116-113 hesabı ilə məğlub etdiyi matçın ən əhəmiyyətli xüsusiyyəti Avroliqa tarixində əsas vaxtda ən çox xal toplayan matç olması olub.

Belə ki, iki komanda ümumilikdə 229 xal toplayaraq matçda rekorda imza atıb.

Əvvəlki rekord 2004-cü il yanvarın 22-də "Fortitudo Bolonya" və "Zalgiris Kaunas" arasında keçirilən matçda qeydə alınmışdı. Hər iki komanda birlikdə 224 xal topla bilmişdi.