17 yaşadək qızlardan ibarət həndbol üzrə Azərbaycan yığması avqustun 5-dən 13-dək Bakıda keçiriləcək Avropa çempionatına hazırlığını davam etdirir.
Offsideplus.az xəbər verir ki, hazırlıq prosesi baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasovanın rəhbərliyi ilə aparılır.
Gündə 1 dəfə olmaqla, hər gün “AHF Arena”da təşkil olunan məşqlər hazırda taktiki-texniki istiqamətdə aparılır.
Azərbaycan millisi Avropa çempionatının A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.
B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.