Kişi həndbolçuların Azərbaycan çempionatında XXI və XXII turun oyunları keçirilib. 

Offsideplus.az xəbər verir ki, həftəsonu yarışın daha 6 qarşılaşması olub. XXI turun “Məhsul” – “Təhsil” görüşü daha gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Fasiləyə 7:6 hesablı üstünlüklə yollanan “Məhsul” rəqibin ciddi müqavimətinə baxmayaraq oyunu qələbə ilə bitirməyi bacarıb - 23:20. Turun digər görüşlərində favoritlər asan qələbə qazanıblar. “Dinamo” U-16-nı 48:22, “Bakı” RİOEUGİM-i 43-28 hesabı ilə məğlub edib.

“Təhsil” və “Məhsul” komandalarının XXII turdakı dueli də gərgin mübarizə şəraitində keçib. “Təhsil” yüksək əzmkarlığa baxmayaraq bu görüşdə də məğlubiyyətlə barışmalı olub – 21:22. Turun digər oyunlarında “Dinamo” U-16 komandasına 62:28, “Bakı” RİOEUGİM-ə 39:31 hesabı ilə qalib gəlib.

“İdman Akademiyası” 45 xalla çempionatın lideridir. “Məhsul” ondan 4 xal geri qalır. “Dinamo” 36 xalla 3-cü, “Təhsil” 27 xalla 4-cü yerdədir.

“Bakı” 7 xalla 5-ci pillədə qərarlaşıb. RİOEUGİM ilə U-16-nın hərəyə 3 xalı var.