Kişi həndbolçulardan ibarət Azərbaycan yığma komandası Bakıda keçirilən 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirinə qələbə ilə başlayıb.

Offsideplus.az xəbər verir ki, millimiz ilk oyununda Maltaya qalib gəlib.

Millimiz fasiləyə 18-6 hesablı üstünlüklə yollanıb. İkinci hissədə də təşəbbüsü əldən verməyən həndbolçularımız 34-25 hesabı ilə qələbə qazanıblar.

Oyunun ən yaxşısı Azərbaycan millisinin üzvü Ramazan Muradov seçilib. Həndbolçuya mükafatı gənclər və idman nazirinin müavini Mariana Vasileva təqdim edib.

Yığma növbəti oyununu yanvarın 14-də Böyük Britaniya seçməsinə qarşı keçirəcək. Görüş saat 17:00-da başlayacaq. Bu qarşılaşmadan əvvəl isə - saat 14:45-də Malta və Kipr kollektivləri üz-üzə gələcəklər.

Qeyd edək ki, 1-ci turun digər matçında Böyük Britaniya millisi Kiprlə heç-heçə edib - 25:25.