Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyuna çıxıb.
Offsideplus.az xəbər verir ki, mübarizəyə I raunddan başlayan Çingiz Əzimovun komandası Portuqaliya millisi ilə üzləşib. Paredes şəhərinin "Multiusos de Paredes" arenasında oynanılan görüş rəqibin 32:19 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında ikinci oyun noyabrın 5-də eyni arenada olacaq.