Futzal üzrə Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunlarının yeri dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, UEFA ev sahibliyini Belarusun paytaxtı Minskdən alıb. Belə qərar verilməsinə koronavirusla bağlı ölkədəki epidemioloji vəziyyət və səyahət məhdudiyyətləri səbəb olub.
Qurumun qərarı ilə Belarus Futbol Federasiyası ilə müzakirədən sonra final mərhələsinin oyunlarını Xorvatiyanın paytaxtı Zaqrebə təyin edilib.
Qeyd edək ki, oyunlar 28 aprel - 3 mayda keçiriləcək.