Yığma komandamızın voleybolçusu Ayşən Abduləzimova Macarıstanın “Vaşaş” klubundan ayrılıb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı voleybolçu karyerasını Türkiyədə davam etdirəcək.
Ayşən Sultanlar Liqasında mübarizə aparan “Sarıyer Bələdiyəspor”a keçib.
Qeyd edək ki, voleybolçu 2017-2019-cu illərdə “Vaşaş”da oynayıb.