Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Paraqvayda keçirilən dünya çempionatında yarımfinal mərhələsinin oyununa təyinat alıb.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı referi bu gün baş tutacaq Yaponiya - Portuqaliya görüşündə üçüncü hakim olacaq. "Los Pynandi Stadium"da keçiriləcək qarşılaşmanı polşalı Lukas Ostrovski idarə edəcək.
Digər yarımfinalda görüşündə İtaliya və Rusiya komandaları üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatının finalı dekabrın 1-də olacaq.