Gürcüstan millisinin mərkəz oyunçusu Sandro Mamukelaşvili bu yay "Los Anceles Leykers"in heyətinə qoşulub və yeni mövsüm öncəsi Sloveniyada keçirilən hazırlıq toplanışından danışıb.

Offsideplus.az xəbər verir ki, Mamukelaşvili ESPN-ə açıqlamasında səfərin təşkilatçılığından və komanda daxilində yaranan ab-havadan razı qaldığını bildirib: "Əvvəlcə Lukaya salam göndərirəm. Klub hər şeyi mükəmməl planlaşdırmışdı. Bizə bir çox gözəl yerləri göstərdilər, Lubliana isə həqiqətən çox gözəl şəhərdir. Bu səfər yeni komanda üçün də çox faydalı oldu. Heyətdə bir çox yeni oyunçu var idi, amma hamımız birlikdə olanda sanki uzun müddətdir bir yerdə idik".

Mamukelaşvili həmçinin "Leykers"də çıxış etməkdən və komanda ilə birlikdə yeni mövsümə hazırlaşmaqdan məmnun olduğunu vurğulayıb.