NBA-nın tanınmış oyunçularından Draymond Qrin maaş limiti anlayışını tənqid edib və bu qaydanın ləğv edilməsinin vacibliyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, "Los Anceles Klippers"in maaş limiti qaydalarını pozmasına görə cəzalandırılması fonunda Qrin bu məsələyə münasibət bildirib. O qeyd edib ki, cəzanın əsas hissəsinin Kawhi Leonard-a yox, kluba verilməsindən məmnundur: "Kawhi-nin cəzalandırılmamasına sevinirəm. Düşünürəm ki, bu məsələdə əsas diqqət maaş limitinin özünə yönəlməlidir. Niyə maaş limiti var? Niyə oyunçular komanda və ya liqa sponsorlarından əlavə gəlir əldə etmək imkanından məhrum edilir?"

Qrin əlavə edib ki, Avropada bazar oyunçunun maaşını müəyyən edir və bu, daha ədalətli yanaşmadır: "Deyirik ki, NBA oyunçu mərkəzli liqadır, oyunçuların maraqları ön plandadır. Amma burada bir oyunçu əlavə 20-30 milyon dollar qazana bilərdi və biz onu cəzalandırmaqdan danışırıq. Kawhi-nin əsas cəzanı almamasına sevinirəm, bu, çox gözəldir."