Tayler Dorsinin "Olimpiakos"la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Yunanıstan pasportuna sahib olan oyunçu ölkənin aparıcı klubları üçün dəyərli hesab olunur. Lakin onun gələcəyi hələ dəqiq müəyyənləşməyib.

Offsideplus.az xəbər verir ki, Dorsi Kretada "Amerikanos24"ə açıqlamasında müqavilə uzadılması ilə bağlı danışıqların hələ nəticəsiz qaldığını bildirib. "Hazırda heç bir razılaşma yoxdur. Mövsüm bitəndən sonra klub rəhbərliyinə burada qalmaq istədiyimi dedim. Amma bu, mənim nəzarətimdə deyil. Mən yalnız özümə aid olan məsələləri idarə edə bilərəm. Gələcəyimlə bağlı nə olacağını zaman göstərəcək. Hazırda diqqətimi yeni mövsümə ən yaxşı şəkildə başlamağa yönəltmişəm və hər il etdiklərimi təkrarlayacağam. Taktikamı dəyişmirəm, düşüncə tərzim eynidir", – deyə Dorsi vurğulayıb.

Qeyd edək ki, Yunanıstanın digər aparıcı klubları, o cümlədən "Panatinaikos" və "PAOK" da Dorsinin azad agent olacağı təqdirdə onunla maraqlana bilər.