Kollin Sekston və Uoker Kessler növbəti mövsümdə "Los Anceles Leykers"in heyətində çıxış edəcəklər.
Offsideplus.az xəbər verir ki, o, Kesslerin xüsusilə müdafiədə böyük rol oynayacağını bildirib:
"Kessler meydançada, xüsusilə də müdafiədə çox önəmli rol oynayacaq. Onun mövcudluğu, səbət ətrafındakı müdafiəsi və yayda üzərində işlədiyi hücum bacarıqları komanda üçün vacib olacaq. Onun bu fürsəti əldə etməsinə görə çox sevinirəm. O, mənim doğma şəhərim Atlanta sakinlərindəndir. Həmişə ona demişəm ki, mənə güvənə bilər. İndi isə bir komandadayıq. O, yay fasiləsində üçlük atışını və səbət altı tamamlamalarını inkişaf etdirib. Mövsüm ərzində heyətdə olmadığı vaxtı oyununu inkişaf etdirməyə sərf edib. Onun irəliləyişinə görə çox həvəslənmişəm və birlikdə meydançaya çıxacağımız anı səbirsizliklə gözləyirəm".


