Azərbaycan Kuboku uğrunda final matçının hakimləri açıqlanıb.

Offsieplus.az xəbər verir ki, mayın 31-də "Qarabağ" və "Sabah" arasındakı həlledici görüş FIFA referisi İnqilab Məmmədova tapşırılıb.

O, 3-cü dəfə final oyununu idarə etməli olacaq.

Sabahkı qarşılaşmanı da saysaq, 1992-ci ildən bəri keçirilən kubok yarışlarının 31 final matçında 18 baş hakim ədalət prinsiplərini qorumağa çalışıb:

Fariz Yusifov, Əliyar Ağayev (hər ikisi 4 dəfə), Vüsal Əliyev, Xaqani Məmmədov, İnqilab Məmədov (hərəsi 3 dəfə), Tahir Süleymanov (2 dəfə), Gülağa Cabarov, Orucəli Durmuşov, Nüvər Xasıyev, Asim Xudiyev, Məhəmməd Məmmədov, İmanxan Sultani, Manuel Qrafe (Almaniya), Elçin Məmmədov, Rəhim Həsənov, Rauf Cabbarov, Elçin Məsiyev, Rəvan Həmzəzadə (hərəyə 1 dəfə) 

Azərbaycan Kuboku, final

31  may (şənbə)

“Qarabağ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Fərid Hacıyev

Ehtiyat köməkçi hakim: Cəmil Quliyev

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00