Futbol üzrə Azərbaycan Kubokunun finalçılarının baş məşqçiləri həlledici matça fərqli göstəricilərlə çıxacaq.

Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib gələn mütəxəssisdir.

O, Ağdam klubu ilə 6 kubok qazanıb. Finallarda məğlubiyyət görməyən Qurbanov bu tendensiyanı davam etdirərək 7-ci kuboka sahib olmaq istəyir.

Vasili Berezutski isə “Sabah”ın baş məşqçisi postuna ötən ilin payızında gəlib. Debüt mövsümündə finala yüksələn rusiyalı mütəxəssis kuboku qazanan 17-ci məşqçi kimi tarixə düşə bilər.

İndiyədək 16 mütəxəssis belə uğura imza atıb:

1. Qurban Qurbanov - 6

2. Mehman Allahverdiyev - 4

3. Agasəlim Mircavadov - 3

4-7. Böyükağa Hacıyev, Kazbek Tuayev, Əsgər Abdullayev, Sənan Qurbanov - 2

8-16. Böyükağa Ağayev, Məmmədəli Məmmədov, Əhməd Ələsgərov, Cüneyt Biçər, Mirça Rednik, Vaqif Sadıqov, Novruz Əzimov, Yuri Maksimov, Elmar Baxşıyev – 1.