Azərbaycan Kuboku uğrunda "Qarabağ" və "Sabah" arasında keçiriləcək final oyununun biletləri satışa çıxarılıb.
Offsideplus.az xəbər verir ki, biletlərin qiymətləri yerlərdən asılı olaraq 3, 5, 10, 15, 20, 30 və 50 ("VIP Lounge") manatdır.
Oyun mayın 31-də saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda başlanacaq.
Qarşılaşmanın startından 1 saat öncə isə "Dervish Band" qrupu konsert proqramı ilə çıxış edəcək.
Biletləri bu gündən etibarən "iticket.az" saytından, eləcə də Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayı, Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül pr. Nizami küç, Bakı), 1 saylı "ASAN xidmət”, 2 saylı "ASAN xidmət”, 3 saylı "ASAN xidmət", 4 saylı "ASAN xidmət” və 1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkündür.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun kassalarında isə bilet satışı oyun günü həyata keçiriləcək.